Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanıldı - FOTO

Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanıldı - FOTO
KRİMİNAL
17:07 14.02.2022
771
Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 12-də saat 21:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu "Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilən 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.

Onların Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləş­dirilib, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram heroin, 5565 qram marixuana, 1210 qram metamfetamin) və 1000 ədəd metadon-40 psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə heroin aşkarlanıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb