Azərbaycan sinoptikləri hava barədə nə deyirlər?

Azərbaycan sinoptikləri hava barədə nə deyirlər?
Bütün Xəbərlər
13:06 20.01.2015
2084
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, yanvarın 21-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman gözlənilir.Mülayim şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0-2, gündüz 8-10 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR