Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası etiraz bəyanatı yaydı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası etiraz bəyanatı yaydı
GƏNCLİK
16:00 03.09.2014
1756

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi etiraz BƏYANATI yayıb.

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə bəyanatda deyilir.

«Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir.

Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidentinin daim diqqət mərkəzindədir.

Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Çox təəssüflə qeyd etmək lazımdır ki, bir neçə beynəlxalq və regional təşkilatlar öz bəyənatlarında ölkədəki faktiki vəziyyəti yox, məhz öz istəklərini qeyd etməyi daha vacib bilirlər. Bunu deməyə kifayət qədər ciddi əsaslarımız var. İstər Avropa Şurası olsun, istər “Amnesty İnternational”, istərsə də «Human Rights Watch» öz bəyənatlarında Azərbaycanı əsas hədəf kimi daha da qabardırlar. «Human Rights Watch» un erməni lobbisi tərəfindən idarə olunması faktı bir daha təsdiq edir ki, təşkilat öz fəaliyyətini absurd fərziyyələr üzərində qurub. Lakin Avropa Şurası kimi ciddi təşkilatın qeyri-ciddi, konkret faktlara əsaslanmadan bəyanatlarla çıxış etməsi qərəzdən başqa bir şey deyildir. Gəlin qonşu Gürcüstana nəzər salaq. Eks prezident Saakaşvilinin zamanında onlarla insan məhz siyasi baxışlarına görə həbs olundu. Nəticə isə ondan ibarətdir ki, AŞPA nəinki öz bəyanatlarında bunu xüsusi olaraq qeyd etmədi, hətta, onu Avropanın qəhrəmanına çevirdi. Digər bir fakt isə ondan ibarətdir ki, hal-hazırda qonşu Gürcüstanda 100-ə yaxın siyasi məhbus var. Onların siyahısına və sosial statuslarına nəzər yetirdikdə siyasi baxışlarına görə həbs olunduqlarının şahidi olursan. Çünki onların böyük əksəriyyəti jurnalist, QHT üzvü, bloqçü, hüquq müdafiəçisi statusunu daşıyırlar.

Biz “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi olaraq ölkəmizə qarşı olan ikili münasibəti qətiyyən pisləyir, beynəlxalq təşkilatlardan daima ədalət gözlədiyimizi bəyan edirik.»

Səbuhi Abbasov

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'