Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İnformasiya Təhlükəsizliyi mövzusunda tədbir keçirdi - FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İnformasiya Təhlükəsizliyi mövzusunda tədbir keçirdi - FOTOLAR
MEDIA
16:57 30.04.2015
2352
Bugün Bakı Slavyan Universitetində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə “İnformasiya Təhlükəsizliyi: Problemlər və perspektivlər” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc jurnalistlərin internet təhlükəsizliyi forumu" layihəsini çərçivəsində reallaşıb.
 Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Prezident Adminstrsiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Rahu Qurbanova, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli,
Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, AzXeber.com saytının baş direktoru-Əfsələddin Ağalarov, Interpress.az saytının baş redaktoru Ramal Hüseynov, QHTxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, Salamnews.org və İnterAz-ın koordinatoru Orxan Kərimov, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər və digər QHT və Media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Telejurnalist, layihənin koordinatoru Anar Yusofoğlu açaraq problemin aktuallığından danışdı: “Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir”
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək internet və informasiya təhlükəsizliyinin hər bir dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini dedi: “XXI əsr informasiya əsridir. Bu mənada dinamik şəkildə inkişaf edən internet mediada müəyyən problemlərin olması da birmənalı qarşılanmır. Qeyd olunduğu kimi, ötən il bəzi saytlarda ciddi nöqsanlar aşkar olundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məsələyə dərhal reaksiya verməsi bu sahədə ciddi dönüş yaratdı. Biz monitorinq apardıq və nəticələr bizi çox qane etdi. Bütövlükdə, hesab edirəm ki, hər bir jurnalist üçün onun dövlətinin milli maraqları birinci olmalıdır.”
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev isə çıxışında tələbələrin informasiyanı qəbul edib cəmiyyətə çatdırması üçün ciddi şəkildə savadlanması məsələsinə toxundu: “Əgər biz müasir gənc jurnalistləri peşəkar görmək istəyiriksə o zaman ilk növbədə informasiyanı biliyə çevirməkdən başlamalıyıq. Jurnalist həm peşəkar, həm də vətənpərvər olmağı bacarmalıdır.”
Millət vəkili Qənirə Paşayeva isə bu mövzuda davamlı görüşlərin, müzakirələrin, konfransların keçirilməsinin vacibliyini vurğuladı: “Dünyada qəbul olunmuş iki növ sərhəd var. Birincisi, hər birinizin bildiyi quru sərhədləri, digəri isə cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilən virtual sərhədlər. Sizi inandırım ki, virtual sərhədləri qorumaq ən azı quru sərhədləri qorumaq qədər önəmlidir. Biz bunu birgə etməliyik. Əgər gənc yaxşı oxuyursa, deməli yaxşı vətənpərvərdir. Yox, əgər orta oxuyursa deməli orta vətənpərvərdir.”
Sonra Azərbaycan Respublikası Prezident Adminstrsiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Rahu Qurbanova çıxış edərək gənclərin internet mediada, xüsusilə, sosial şəbəkələrdə aktiv olmalarının vacibliyindən danışdı: “Bugün ölkəmiz çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bundan narahat olan bəzi ermənipərəst qüvvələr isə ciddi şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Bu proses əsasən sosial şəbəkələrdə ciddi şəkildə həyata keçirilir. Lakin hal-hazırda azərbaycanlı gənclər kifayət qədər savadlı şəkildə, faktlarla düşmənə cavab verirlər”
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli isə çıxışında ölkəmizə qarşı ABŞ-da planlı şəkildə hazırlanaraq həyata keçirilən çirkin kampaniyadan danışdı: “Hər bir gənc başa düşməlidir ki, əgər sənin müstəqil dövlətin varsa, deməli sənin dilin, mədəniyyətin, bir sözlə, hər şeyin var. Bu mənada bunları qorumaq və təhlükələrə qarşı adekvat cavab vermək hər birimizin borcudur. Amerikada ermənipərəst qüvvələrin ölkəmizə qarşı hazırladıqları qarayaxma kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq”
AzXeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə internet mediada sosial şəbəkələrin rolunun artığını vurğuladı.
Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov çıxış edərək xəbər saytlarının ölkənin milli maraqlarına uyğun fəaliyyət göstərmələrinin vacibliyindən danışdı.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, Xeber1.az saytının baş redaktoru Səbuhi Abbasov isə çıxışında layihənin aktuallığından danışdı: “İnternet medianın son 10 ildə sürətli inkişafı, həm də, bir çox problemlərin yaranması deməkdir. İnternet medianın sosial şəbəkələrə inteqrasiyası isə bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmasını zəruriləşdirdi. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz Gənc jurnalistlərin internet təhlükəsizliyi forumu layihəsi də məhz bu zərurətdən meydana gəldi. Hal-hazırda Forumun www.internet-security.club saytı fəaliyyət göstərir. Gənc jurnalistlər sayta daxil olmaqla internet təhlükəsizliyi barədə ciddi informasiyalar əldə edəcəklər. Mən öz növbəmdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürümü bildirirəm. Eyni zamanda, təşkilati dəstəyə görə Bakı Slavyan Universitetinə və “12 may” təşkilatına təşəkkür edirəm. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan çikin kampaniya heç bir effekt verməyəcək. Çünki ölkəmizdə xalq-hakimiyyət həmrəyliyi var”
Sonra media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli çıxış edərək hərbi sirlərin internet mediada qorunmasının vacibliyindən danışdı.  Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər isə internet media resurslarının inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmasının vacibliyindən danışdı.
Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırıldı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?