Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası prezident seçkiləri ilə bağlı öz mövqeyini açıqladı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası prezident seçkiləri ilə bağlı öz mövqeyini açıqladı
GƏNCLİK
12:00 05.10.2013
1665

Səbuhi Abbasov: “Nəinki Azərbaycanda, eyni zamanda bütün Slavyan ölkələrində yaşayan soydaşlarımız bu seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyirlər”

Bu barədə AZXEBER.COM-a açıqlama verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ictimai birliyinin həmtəsisçisi və sədri Səbuhi Abbasov bu dəfə də həm ölkədaxili, həm də Slavyan ölkələrində yaşayan soydaşlarımız arasında rəy sorğusunun keçirildiyini dedi.

Mütləq əksəriyyətin məhz İlham Əiyevin namizədliyini dəstəklədiyini deyən S.Abbasov bunu ölkədə aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirdi: “Bu gün ölkə prezidenti İlham Əliyev ölkədə iri miqyaslı quruculuq işləri aparır. Həm iqtisadi, həm mədəni sahədə ciddi islahatlar aparılır. Bundan başqa sosial rifahın daha da yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb-əmək haqqları, əmək pensiyaları, sosial müavinətlər artırılır və s. Bu gün Heydər Əliyev Fondu böyük amalların gerçəkləşməsi yönündə genişmiqyaslı layihələr həyata keçirir. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr azərbaycanlıların ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından birmənalı olaraq çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Bunların hər biri Fondun qısa zamanda məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Fondun rəhbəri, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eləcə də mədəni irsimizlə bağlı çox mühüm layihələr reallaşıb. Eyni zamanda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla Əliyevanın bütün dünya ölkələri üzrə həyata keçirdiyi layihələr bilavasitə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuşdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz