Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Qarabağla bağlı videoçarx hazırlayır

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Qarabağla bağlı videoçarx hazırlayır
GƏNCLİK
12:53 01.11.2016
2075
Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.
 
Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan ASGA daha bir layihəyə imza atmaqdadır.
 
Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən videoçarxın hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində VİDEOÇARXIN təqdimatının keçirilməsi nəzərdə tutulub.
 
Bu barədə AZXEBER.COM-a Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov məlumat verərək layihə çərçivəsində görüləcək işlərdən danışdı: "Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) bu illər ərzində həyata keçirdiyi layihələrin böyük əksəriyyəti ölkəmizin dünyada təbliğinə həsr olunub. Bizim komanda eyni zamanda Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılmasınada, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən informasiya savaşında fəal iştirak edərək düşmənə layiqli cavab verməkdədir. Üç ay davam edəcək layihə çərçivəsində hazırlayacağımız videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq videoçarxda həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınacaqdır.
 
QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” adı altında ölkəmizdə bir çox QHT-lər konfranslar, dəyirmi masalar, tədbirlər həyata keçiriblər. Bu sahədə ilin bütün aylarında, elə bu adda müxtəlif formatlı tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm bizim hazırlayacağımız videoçarx bu tendensiyanın uğurlu davamı olacaqdır. Eyni zamanda layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Prezident İlham əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Videoçarxın həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub. Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib