Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiyanın məşhur Fondu ilə memorandum imzaladı- FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiyanın məşhur Fondu ilə memorandum imzaladı-  FOTOLAR
GƏNCLİK
17:03 21.10.2014
2071

Bu günlərdə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Bakı Mədəniyyət Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihəsinin bağlanış mərasimi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbül oğlu “İlin səfiri” mükafatına layiq görüldü.

ASGA-nın Rusiya Federasiyasına işguzar səfəri zamanı beynəlxalq əlaqələri daha da inkişaf etdirmək, birgə layihələr həyata keçirmək məqsədi ilə Rusiya Federasiyasında ictimai fəaliyyəti ilə fərqlənən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunda görüş keçirilib. Görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyev iştirak edib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı (AMİİ) fondunun sədri Şamil Tağıyev Fond haqqında geniş məlumat verdi: “Bizim fondun əsas məqsədi adındangöründüyü kimi Azərbaycan mədəniyyətinin, dilinin Rusiyada təbliğindən ibarətdir. Fondun maddi-texniki bazası bir çox milli-mədəni layihələrin reallaşmasına imkan yaradır. Əvvəllər bu istiqamətdə fəaliyyət göstərmək çox çətin idi. Lakin Heydər Əliyev Fondunun Vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti nəticəsində bizim aramızda ciddi təşkilatlanma işi başladı və bu gün də uğurla davam etməkdədir. Eyni zamanda Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi hər zaman azərbaycanlı gənclərə dəstək olurlar. Bu da bizi stimullaşdırır”

Görüşdəçıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin təsisçisi və sədri Səbuhi Abbasov ASGA haqqında geniş məlumat verdi: “ASGA 2006-cı ildə müxtəlif slavyan ölkələrindən olan gənclərin təşəbbüsü ilə yaradılıb. Bu günə qədər biz bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq. Cənab səfir Polad Bülbüloğlunun dediyi kimi Slavyan ölkələri ilə sağlam əlaqələrin qurulması ölkəmiz üçün strateji məsələdir. Bu baxımdan bizim təşkilatın ayrı-ayrı slavyan ölkələrində nümayəndəliklərinin açılması, layihələrin reallaşması QHT sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Mən öz növbəmdə xüsusi olaraq vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun Vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti tək Rusiya ilə məhdudlaşmır. Leyla xanım Əliyeva dünya miqyasında nümunəvi diaspor fəaliyyəti həyata keçirir. Və onun ideyaları, təşəbbüsləri artıq bir çox inkişaf etmiş ölkələr üçün inkişaf modelidir. Bütövlükdə hesab edirəm ki, bu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin uğurlu göstəricisidir.”

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev çıxışında təşkilatın Rusiya nümayəndəliyinin açılmasının mühüm hadisə olduğunu qeyd etdi: “ASGA Rusiya nümayəndəliyinin açılması çox mühüm hadisədir. Əvvəla ona görə ki, Heydər Əliyev Fondunun Vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva bütün görüşlərində, çıxışlarında azərbaycanlı gənclərin ictimai həyatda fəal olmasını xüsusi olaraq vurğulayıb. Digər bir məqam isə erməni diasporası ilə bağlıdır. Bilirsiniz ki, erməni diasporu bütün ixtisaslaşmış sahələr, ölkələr üzrə ciddi təşkilatlanıblar. Bizim təşkilat da sırf slavyan ölkələri üzrə ixtisaslaşıb. Çox sevindirici haldır ki, Leyla xanım Əliyevanın fəaliyyəti nəticəsində Rusiyada Azərbaycan Diasporası erməni diasporasından qat-qat irəlidədir. ”

Görüşün sonunda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ilə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondu arasında birgə layihələrin, tədbirlərin, müsabiqələrin həyata keçirilməsi, ümummilli maraqların qorunması, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu AZƏRBAYCANÇILIQ ideologiyasının təbliğ etmək məqsədi ilə MEMORANDUM imzalandı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'