Azərbaycan Tanzaniyaya nota təqdim edib. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.Onun sözlərinə görə, nota Azərbaycanın Misirdəki səfirliyi tərəfindən təqdim olunub və qarşı tərəfdən onların Daxili İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın ayrıca respublika kimi göstərilməsi məsələsinə aydınlıq gətirilməsi tələb olunub.Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi də məsələ ilə bağlı danışıqlar aparır.E.Abdullayev deyib ki, rəsmi Bakı dərhal bu problemin həllini tələb edir.Qeyd edək ki, Tanzaniya DİN-in saytında Qarabağ ayrıca respublika kimi qeyd olunub və bura səfər etmək istəyənlər üçün 50 dollar həddində viza haqqı göstərilib.