Azərbaycan tarixi ilə bağlı animasiya filmi çəkilir

Azərbaycan tarixi ilə bağlı animasiya filmi çəkilir
GƏNCLİK
12:05 31.08.2017
1980
"Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq innovativ bir layihə icra edir.
 
"Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tarixi Milli Animasiya Filminin hazırlanması və təqdimatı layihəsi cari ilin avqust – dekabr aylarında Bakı şəhərində icra olunacaqdır. Layihə çərçivəsində Azərbaycan tarixini qədim zamanlardan müasir dövrə kimi qısa metrajlı "Azərbaycan Tarixi Milli Animasiya Filmi”nin hazırlanması və ictimaiyyətə təqdim olunması planlaşdırılır. Bu animasiya filmi Azərbaycan tarixində kinomatoqrafiya sahəsində atılmış yeni bir addım olacaq və hər iki dildə (Azərbaycan və İngilis) yerli və dünya ictimaiyyətinə təqdim olunaraq, Azərbaycan xalqının qədim xalq olması və böyük dövlətçilik ənənələrinə sahib olması filmdə əks olunacaq. Layihə çərçivəsində Azərbaycan tarixi qədimdən bu günə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər) qısa metrajli animasiya filmi ilə hazırlanacaq. Filimdə Azərbaycanın tarixi ərazisində formalaşan dövlətlər və onların ərazisi xüsusi animasiya effektləri ilə göstəriləcəkdir. Azərbaycan yaradıcı gəncləri də cəlb olunaraq hazırlanacaq bu film Azərbaycan tarixini 10 dəqiqədə milli animasiya filmi formasında təsvir edəcəkdir.
 
Məqsəd gənclərə Azərbaycanın milli tarixini ən qədim dövrlərdən indiyə kimi 10 dəqiqə ərzində onların diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəsislər cəlb olunacaqdır. Layihənin məqsədi Gənclər üçün Azərbaycanın milli tarixi filmlərinə baxış təşkil etməklə, Azərbaycan tarixini qədim dövrdən bu günə kimi göstərəcək qısa metrajlı tarixi animasiya filmini hazırlamaqla Azərbaycanın şərəfli tarixi səhifəsini və qəhrəmanlarını nümayiş etdirmək, beləliklə, elmi təhlil və yeniyetmə və gənclərin fikirləri ilə müasir azərbaycanlı gənclərin milli tarixi qəhrəmanını yenidən müəyyənləşdirmək və qiymətləndirməkdir. Layihənin gedişi haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir