“Azərbaycan təhsili lazımi səviyyədə deyil”- Nazir müavinindən etiraf

“Azərbaycan təhsili lazımi səviyyədə deyil”- Nazir müavinindən etiraf
Bütün Xəbərlər
14:05 16.12.2015
1063
Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda respublika elmi konfransı keçirilir.
Tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycan təhsilinin qarşısında duran strateji hədəflər baxımından pedaqoji elmlərin vəzifələrini müzakirə etməkdir: "Hesab edirəm ki, bu gün dünyada gedən proseslərin mahiyyətinə varıb pedaqogikada tamamilə fərqli yanaşmalar, yeni metodika tətbiq olunmalıdır".
Q. Novruzov deyib ki, bugünkü tələbə 15 il əvvəlin tələbəsindən kəskin şəkildə fərqlənir: "Yəni dünən həyətdə oynayan uşaq, bu gün planşet arxasına keçir. Ona görə də bu gün müəllim şagirdə biliyin səmərəli tətbiq yollarını göndərməlidir".
Təhsil nazirinin müavini Firudin Qurbanov isə etiraf edib ki, bu gün Azərbaycan təhsili lazım olan səviyyədə deyil: "Baxmayaraq ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olub, amma yenə də, biz təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik. Eyni zamanda qeyd etməliyəm ki, son vaxtlar birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunsa da, bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb. Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və bu göstəricidən çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir".
Tədbir çıxışlarla davam edir.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'