Bu gün “PlayBox” şirkəti “Open Day in Azerbaijan” adlı tədbir keçirib.AZXEBER.COM-un məlumatına görə, tədbir HP şirkətinin texniki dəstəyi və “All Star” şirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi Azərbaycanda televiziya və yayım xidmətlərində daha müasir texnologiyaların tətbiqi barədə ətraflı məlumatların verilməsidir. Tədbirdə bildirilib ki, artıq Azərbaycanda “PlayBox”un bir çox yeni xidmətlərinin tətbiqinə başlanılıb.“Bu tədbiri keçirməkdə məqsədimiz televiziya və yayım sahəsindəki yeni xidmətləri göstərilməkdir. Bizim xidmətlərdən Türkiyə və digər ölkələrin məşhur kanalları bəhrələnir. Bu sahədə hər cür yeni xidmətləri təklif edirik. Bu sahədə yeni işlər qurmaq istəyənlər mütləq bizimlə əlaqə saxlasınlar. Hətta bizim xidmətlərdən yararlanmaq istəməsələr belə, bizimlə məsləhətləşə bilərlər. Bizim xidmətlər həm keyfiyyətli, həm də münasib qiymətədir”, - deyə “PlayBox” şirkətinin Türkiyədəki texniki məsələlər üzrə rəhbəri Ömer Sevər bildirib.Qeyd edək ki, “PlayBox” şirkətinin Türkiyə, habelə Azərbaycan telekanalları ilə birgə çox maraqlı layihələri var.