Azərbaycan ötən il ÜST-ə nə qədər yardım edib? - RƏSMİ

SAĞLAMLIQ
12:06 24.05.2021
502
Azərbaycanın 2020-ci ildə koronavirusla qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına etdiyi yardımın məbləği açıqlanıb.

Bu barədə Oxu.Az 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə istinadən xəbər verir.

Sənəddə bildirilib ki, 2020-ci ildə Azərbaycan ÜST-ə 17 milyon manat ayırıb.

O da qeyd olunub ki, 18 xarici ölkəyə 18,9 milyon manat məbləğində beynəlxalq yardımlar edilib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iclaslarında müzakirə ediləcək.

OXŞAR XƏBƏRLƏR