Azərbaycan təxminən 983 milyon dollar məbləğdə neft məhsulları ixrac edib

İQTİSADİYYAT
18:00 21.11.2013
1543

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 982,936 milyon dollar məbləğində neft məhsulları ixrac edib.

AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bu məbləğdə ixrac olunan neft məhsullarının miqdarı isə 1 mln. 326 min 311 ton təşkil edib.10 ayda ixrac olunan neft məhsullarının məbləği ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edib.Bu ilin 10 ayından ixrac olunan neft məhsulları keçən ilin analoji dövründən 7% az olub.

OXŞAR XƏBƏRLƏR