Azərbaycan Tibb Universiteti qalib oldu

Azərbaycan Tibb Universiteti qalib oldu
Bütün Xəbərlər
11:51 14.05.2012
1769
 SIFE yarışmasının qalibi Azərbaycan Tibb Universiteti olub.AZXEBER.COM-un məlumatına görə, SİFE (Students in Free Enterprise – Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində ) keçən əsrin 70-ci illərində ABŞ-da yaranmış tələbə hərəkatıdır. Hərəkatın məqsədi dünyanın bütün ölkələrində tələbələrin və onların köməkliyi ilə sahibkarların iqtisadi biliklərinin artmasına nail olmaq, gələcək üçün təhsil istiqamətindən asılı olmayaraq, bacarıqlı liderlərin hazırlanmasına kömək etməkdir.SİFE-ın devizi “Mənə balıq ver, bir gün ac qalmayım. Mənə balıq tutmağı öyrət, ömürlük ac qalmayım!” fikridir.Hal-hazırda 50-dən çox ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə bu hərəkata qoşulub və hər il həmin ölkələrin müxtəlif universitetlərinin SIFE komandaları iqtisadi layihələr hazırlayaraq milli çempionatda iştirak edirlər. SIFE Proqramı artıq 6 ildir ki, Azərbaycanda fəaliyyət göstərməkdədir.
OXŞAR XƏBƏRLƏR