Azərbaycan transmilli media-informasiya şəbəkəsinə sahiblənir

Azərbaycan transmilli media-informasiya şəbəkəsinə sahiblənir
SİYASƏT
01:45 29.04.2013
2752

Dəfələrlə ölkəmizə qarşı edilən təzyiq kampaniyasında beynəlxalq media resurslarından necə istifadə edildiyinin şahidi olmuşuq. Bəllidir ki, dünyanın tanınmış transmilli media şəbəkələrinin formalaşdırdığı ictimai rəy bir ölkənin hüdudları ilə yekunlaşmır. Xüsusilə də qloballaşan dünyada informasiyanın sürətli yayılması baş verir ki, bu da istənilən mənada aparılan kampaniyanın effektivliyinə dəlalət edən amilə çevrilmiş olur.

Dünyanın əksər tanınmış media resurslarının iri transmilli korporasiyaların nəzarətində olması həmin dairələrə bəzi manevrlər üçün yaxşı imkanlar yaradır. Əsasən də təzyiq qrupları kimi formalaşan belə şəbəkələr bəzən öz istəklərinə çatmaq üçün açıq şantaj metodundan da istifadə edir. Azərbaycana qarşı dəfələrlə belə metodlardan istifadə edilib. Bəs dövlətin informasiya təhlükəsizliyi çərçivəsində belə xoşagəlməz halların qarşısı necə alınmalıdır?

Bəzən dünya səviyyəsində tanınan hansısa media qurumunda Azərbaycanla bağlı dərc edilən yazıya ölkədaxili media resursları ilə cavab verilir. Bu da normal haldır, çünki hər bir ölkənin milli mətbuat şəbəkəsi öz dövlətinin milli maraqlarını hər şeydən üstün tutmalıdır. Ancaq ölkənin hüdudları çərçivəsində yayılan qəzetdə dərc edilən məqalə ilə dünyanın nüfuzlu KİV-ində tirajlanan yazının istər yayılma arealı, istərsə də ictimai rəyə təsiri tamamilə fərqlidir.

Deyəsən, bu məsələdə Azərbaycan dövləti ciddi bir layihə ortaya qoymağı planlaşdırır. Son vaxtlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən SOCAR şirkəti bir sıra media proyektlərinin satın alınmasına maraq göstərir.

Artıq “Azad Azərbaycan” (ATV) televiziya kanalına məxsus “ATV İnternational” bundan sonra SOCAR-ın tabeliyində fəaliyyət göstərəcək. “ATV İnternational”ın adının dəyişdirildiyi, kanalın bundan sonra “CBC” (Caspian İnternational Broadcasting Company) adı altında fəaliyyət göstərəcəyi bildirilib.

Bundan əlavə, Türkiyənin “Star” Media Qrupunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan SOCAR Media İctimai Birliyinə satılmasına dair razılıq əldə edilib. “Star” Media Qrupu ilə SOCAR Media İctimai Birliyi arasında uzun müddətdir davam edən danışıqlar satış barədə razılığın əldə olunması ilə yekunlaşıb.

Türkiyədəki “Rixos” otellərinin rəhbəri və “Star” Media Qrupunun ortağı olan Fəttah Tamince 10 gün əvvəl SOCAR Media İctimai Birliyi ilə danışıqlara başladıqlarını açıqlamışdı. Sövdələşmənin dəyəri haqda hələlik informasiya yoxdur.

Qeyd edək ki, adıçəkilən media qrupu iş adamları Fəttah Tamince və Tevhit Karakayaya aid olub. Qrupun tərkibinə “Star” qəzeti və “Kanal-24″ televiziyası daxildir. F.Tamince “Star”ın səhmlərini 2009-cu ildə iş adamı Ədhəm Sancaktan alıb.

“Star” qəzeti 1999-cu ildə Uzan ailəsi tərəfindən təsis olunub. Uzan ailəsinin borcları ilə əlaqədar 2004-cü ildə dövlət tərəfindən müsadirə olunan qəzet 2006-cı ildə kiprli iş adamı Əli Özmən Safaya 8 milyon dollar qarşılığında satılıb. SOCAR-ın belə layihələrdə iştirakı Azərbaycanın nəzarətində olan beynəlxalq transmilli media şəbəkəsinin yaradılmasının əsasını qoya bilərmi?

Media eksperti Yadigar Məmmədli“Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan şirkətinin belə media layihələrinə maraq göstərməsi çox sevindiricidir: “Müstəqillik qazandıqdan sonra bu bizim və şəxsən mənim ən çox arzu etdiyim bir prosesdir. Bizim KİV qanunvericiliyimizdə xarici şirkətlərin Azərbaycanda media resurslarına sahib olmasına məhdudiyyətlər qoyulub. Əslində, bu bir tərəfdən mətbuatımızın inkişafında müəyyən maneələrə səbəb olsa da, digər tərəfdən isə, dövlət maraqlarının qorunmasına xidmət edən addımdır. Bununla ölkə mediasının kənardan idarə olunmasının qarşısı alınır ki, bu da olduqca normaldır. SOCAR-ın əvvəlcə ATV-nin beynəlxalq yayım hissəsini alması, sonradan “Star” Media Qrupunun sahibinə çevrilməsi olduqca doğru istiqamətdə atılan bir addımdır. Şəxsən mən bu ideyanı ürəkdən alqışlayıram. Çünki bütün dünyada media böyük holdinqlərin daxilində güclü inkişaf edir. İqtisadi əsasları dayanıqlı olan media qurumları hər zaman ciddi uğurlara imza ata bilir.

Ümid edirəm ki, SOCAR-da bu prinsiplərə sadiq qalaraq sahibi olduğu media qurumlarının daha da inkişaf etməsinə şərait yaradacaq. Ola bilər ki, SOCAR-ın bu addımları atmaqda ciddi biznes maraqları da var. Məsələnin digər tərəfi isə Azərbaycanın milli maraqlarının təmin olunması ilə bağlıdır. Çünki praktikadan da görürük ki, bu cür iri maliyyə qurumlarının sahib olduğu media təsisatları daha çox ölkələrinin milli maraqlarının qorunmasına üstünlük verir. Bu da Azərbaycanın beynəlxalq transmilli media şəbəkəsinin qurulması istiqamətində atılan addım sayıla bilər”.

//”Bakı-Xəbər” qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr