Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimlərinin növbəti mərhələsi icra olundu

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimlərinin növbəti mərhələsi icra olundu
SOSİAL
15:48 05.08.2020
634
Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

OXŞAR XƏBƏRLƏR