“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirildi - FOTOLAR

GƏNCLİK
11:39 03.10.2023
1349
Azərbaycan Respublikasının Gənclər Fondunun, ADA Universitetinin və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 2-də Türkiyənin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlunun və Türkiyə millət vəkili Rümeysa Kadakın iştirakı ilə konfrans təşkil edilib. 

ADA Universitetində keçirilən konfrans Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tələbələrdən və gənclər təşkilatlarının nümayəndələrindən ibarət olan auditoriyanın iştirakı ilə təşkil edilən konfrans Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn inkişafında ölkə gənclərinin rolunun əhəmiyyəti və gələcək prioritet istiqamətlərdə iştirakı barədə müzakirələr məqsədi ilə həyata keçirilib. 
Konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsi ilə başlayan və müasir dönəmimizdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ən yüksək həddə çatan Azərbaycan-Türkiyə münasibətlərinin,  dost və qardaş ölkə olması ilə yanaşı strateji müttəfiq, iqtisadi-ticari, humanitar, hərbi və digər bütün istiqamətlərdə uğurla davam etdiyini xüsusi vurğulayaraq hər iki ölkə gənclərinin bu prosesdə dəstəyi və gələcək inkişafında atılacaq addımlar barədə fikirlər səsləndiriblər. Fond və ADA Universiteti trəfindən həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumatı iştirakçılarla bölüşən çıxışçılar gənclərin bu layihələrdə xüsusi fəallığını dilə gətirərək gələcək prioritetləri diqqətə alıb hər iki ölkə gənclərinin bu fəaliyyətlərdə daha yaxından iştirakının əhəmiyyətini vurğulayıblar.

Daha sonra konfransın spikerləri Türkiyənin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Böyük Millət Məclisinin gənc deputatı Rümeysa Kayak tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsində gənclərin rolunu xüsusi vurğulayıblar. Türkiyənin hər iki ölkə gənclərinin qardaşlaşmasında həyata keçirdiyi siyasət və bu siyasətdən irəli gələn fəaliyyətlər barədə geniş məruzə ilə çıxış edən rəsmilər gələcək planlara toxunaraq Azərbaycan və Türkiyə gənclərinə bu fəaliyyətlərdə uğurlar arzulayıblar.

Spikerlərin çıxışlarından sonra konfransda iştirak edən gənclərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Konfrans xatirə fotosunun çəkilişi ilə başa çatıb. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb