Azərbaycan-Türkiyə Onkoloji günləri baş tutacaq

SAĞLAMLIQ
17:55 11.04.2015
3033
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə Onkoloji günlərinin keçirilməsi tarixi artıq dəqiqləşib. 
AZXEBER.COM xəbər verir ki, 10-13 sentyabr tarixlərində baş tutacaq konfransda yerli və türkiyəli mütəxəssislərin iştirakı ilə dövrün ən aktual onkoloji xəstəlikləri müzakirə ediləcək. Onkologiyanın aktual problelərinə həsr olunmuş konfrans günlərində Bakıya digər türkdilli ölkələr də daxil olmaqla 300-ə yaxın nüfuzlu tətqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi, cəhiyyəni müxtəlif aktual probleləri, onkologiyanın qarşısında duran vəzifələr barədə fikir mübailəsi aparacaqlar. Beynəlxalq konfransda ilk dəfə olaraq Türkdilli ölkələrin Onkoloji dərnəyinin yaradılacağı nəzərdə tutulub

OXŞAR XƏBƏRLƏR