Azərbaycan və Avstriyanın nazir müavinləri görüşdülər

Azərbaycan və Avstriyanın nazir müavinləri görüşdülər
Bütün Xəbərlər
00:07 13.04.2012
1073

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazirinin müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüş zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qonaqlara Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Öz növbəsində Andreas Reynxart qeyd edib ki, İKT sektorunun dinamik inkişafı fonunda iki ölkə arasında mövcud olan əlaqələr daha sürətlə inkişaf etməkdə davam edəcək. Qonaq informasiya texnologiyaları sahəsində daha sıx əlaqələrin inkişafı və nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Görüş iştirakçıları bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Tədbirdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, dövlət müəssisələrinin və ölkəmizdəki İT şirkətlərinin nümayəndələri, Avstriya tərəfindən isə telekommunikasiya sektorunu təmsil edən Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin və Avstriya şirkətlərinin nümayəndələri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR