Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir

Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
İQTİSADİYYAT
10:20 20.09.2024
353
20 sentyabr 2024-cü il, Bakı – Sentyabrın 19-da Bakıda "Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib.
 
AZXEBER.COM xəbər verir ki, görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir.

Bu təcrübə mübadiləsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanı "Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi təmsil edir. BƏƏ nümayəndə heyətinə isə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi (GCAA), Dubay hava limanları, biznes aviasiya və VIP xidmətlər üzrə ixtisaslaşmış "Jetex” şirkəti, həmçinin Dubay Aeronaviqasiya Xidmətinin (DANS) nümayəndələri daxildir.
Bu görüş Azərbaycan ilə BƏƏ arasında davamlı inkişaf və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirin əsas mövzularından biri də COP29-a hazırlıq çərçivəsində BƏƏ-nin iri beynəlxalq tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübələrini öyrənməkdir.

Azərbaycan və BƏƏ-nin aviasiya sənayesi nümayəndələrinin qarşılıqlı fəaliyyəti qabaqcıl həll və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Görüş çərçivəsində logistika, uçuşların təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və sərnişin məmnuniyyətinin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aviasiya sahəsində rəqəmsal texnologiyaların tətbiqi və hava limanlarının idarə edilməsi səmərəliliyinin yüksəldilməsi mövzuları da diqqət mərkəzindədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?