''Azərbaycan və Ermənistan arasında danışıqların kəsilməməsi vacibdir''
Bütün Xəbərlər
14:06 12.10.2012
885
Fransa Xarici İşlər Nazirliyi Milli Assambleyanın üzvü Valeri Buayenin (Valerie Boyer) Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına XİN-in münasibətini öyrənmək üçün 1 ay əvvəl göndərdiyi deputat sorğusuna cavab verib.ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Fransa XİN-in “Rəsmi qəzet”də dərc olunan cavabında bildirilir ki, nazirlik artıq bu məsələyə münasibətini ifadə edib: “Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir”.