İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün Haaqada baş tutması gözlənilir
Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb.O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir.Qeyd edək ki, III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir.Azərbaycan prezidenti də sammitə dəvət edilib.
![](/file/pic/xeber/2014-03-19/69817.jpg)