APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Nalbandyan bu qərarını İrəvanda ötən ilin yekunlarına həsr olunmuş toplantıda açıqlayıb. O bildirib ki, həmsədrlərlə görüşdən sonra əgər zərurət yaranarsa, o zaman Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
Qeyd edək ki, yanvarın 29-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Lakin görüşün hansı formatda keçiriləcəyi hələlik məlum deyil. Nalbandyan görüşün yalnız zərurət yaranacağı təqdirdə keçirilə biləcəyini deyib.