Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər

Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər
SİYASƏT
13:16 12.04.2025
250
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR