Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri görüşdülər

Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri görüşdülər
Bütün Xəbərlər
09:35 14.11.2012
759
Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə bağlı Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Jan-Klod Minyon başçılıq etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR