Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
SİYASƏT
20:37 26.10.2026
238
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşüb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, C. Bayramov Ş. Əhmədi İƏT-in Baş katibi vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İƏT-in müsəlman dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışların həlli istiqamətində rolunun əhəmiyyəti vurğulanıb.

Görüşdə İƏT çərçivəsində Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Bu dəstəyin beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycanın növbəti ildən İƏT-ə sədrliyi çərçivəsində müəyyən edilən prioritetlər, Bakıda 2027-ci ildə keçiriləcək sammitə hazırlıqlar, üzv dövlətlər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi, humanitar, iqlim dəyişikliyi, gənclər, media və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də müsəlman dünyasını narahat edən məsələlər üzrə birgə səylərin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

İƏT-in institusional potensialının gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi məqsədilə islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə üzv dövlətlər arasında koordinasiya və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xətti ilə həyata keçirilən humanitar yardım fəaliyyəti və İƏT məkanında humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Humanitar yardımın ehtiyacı olan əhali qruplarına çatdırılması, həmçinin müsəlman ölkələrində humanitar çağırışların aradan qaldırılması istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

C. Bayramov həmçinin qarşı tərəfə regionda post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bununla yanaşı, bölgədə mina təhdidləri və onun aradan qaldırılması istiqamətində tədbirlər diqqətə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

18:47

Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İƏT-in baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

C. Bayramov Ş. Əhmədi baş katib təyinatı münasibətilə bir daha təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

"Biz Azərbaycan və İƏT arasında əməkdaşlığın gücləndirilməsi, ölkəmizin təşkilatda qarşıdan gələn sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlıq barədə fikir mübadiləsi apardıq", - XİN rəhbəri qeyd edib.

O, həmçinin İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi uzunillik dəstəyə görə minnətdarlığını bildirib.

"Biz təşkilatın səmərəliliyinin artırılmasına və müsəlman dünyasının qarşılaşdığı çağırışlara cavab vermək imkanlarının gücləndirilməsinə yönəlmiş institusional islahatların vacibliyini vurğuladıq", – Bayramov qeyd edib.

Tərəflər İƏT-ə üzv dövlətlər arasında həmrəyliyi gücləndirməyə və dialoq, əməkdaşlıq və kollektiv fəaliyyət vasitəsilə ümumi prioritetləri irəli sürməyə hazır olduqlarını təsdiqləyiblər.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Səhvən üçünü də qalib elan etdilər - Foto
22:30 26.10.2026
Səhvən üçünü də qalib elan etdilər - Foto
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
22:23 26.10.2026
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Bakıda kütləvi dava - ANBAAN VİDEO
22:13 26.10.2026
Bakıda kütləvi dava - ANBAAN VİDEO
Xarkova hava zərbələri endirilib, ölənlər var
22:10 26.10.2026
Xarkova hava zərbələri endirilib, ölənlər var
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
22:08 26.10.2026
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
22:02 26.10.2026
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
22:00 26.10.2026
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
21:59 26.10.2026
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
21:47 26.10.2026
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
21:14 26.10.2026
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
21:10 26.10.2026
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
21:04 26.10.2026
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək