Azərbaycan və İran tibb sahəsi üzrə yeni sənəd imzalayıblar

Azərbaycan və İran tibb sahəsi üzrə yeni sənəd imzalayıblar
Bütün Xəbərlər
16:16 20.11.2013
762

Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrası ilə Tehran Tibb Universitetinin Uşaq Tibb Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

AZXEBER.COM-un Tehran Tibb Universitetinin Uşaq Tibb Mərkəzinin saytına istinadən məlumat verir ki, sazişi Azərbaycan tərəfindən Azərbaycan Tibb Universitetində (ATU) Mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Gülnarə Nəsrullayeva imzalayıb.

Tərəflər tələbələrin tədrisi, elmi araşdırmaların aparılması, elmi işçilərin mübadiləsi və digər sahələrdə birgə əməkdaşlıq barədə razılıq əldə ediblər.

OXŞAR XƏBƏRLƏR