Azərbaycan və İraq arasında birbaşa hava əlaqəsi açılacaq

İQTİSADİYYAT
15:59 21.01.2014
1404
Azərbaycan və İraq arasında birbaşa hava əlaqəsinin açılması məsələsi həll edilib. 
Trend-in məlumatına görə, bunu jurnalistlərə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak deyib.
Diplomatın sözlərinə görə, bu məsələnin əsas detalları razılaşdırılıb: "Aviareyslərin həftədə 4 dəfə həyata keçiriləcəyi gözlənilir".
Səfir qeyd edib ki, bu reyslərə görə aviabiletlərin qiyməti hələ müəyyən edilməyib.

OXŞAR XƏBƏRLƏR