Azərbaycan və İraq mina təmizləmə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İraq mina təmizləmə sahəsində əməkdaşlıq edəcək
Bütün Xəbərlər
12:35 24.05.2013
1317

İraqın Müdafiə və Ətraf Mühit nazirliklərinin əməkdaşlarından ibarət heyət Azərbaycana gələcək. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Hər iki nazirliyin 6 əməkdaşının təmsil olunduğu nümayəndə heyəti iyunun 2-dən 7-dək Azərbaycanda səfərdə olacaq. ANAMA-nın Füzuli, Ağstafa və Göygöl Regional bazalarına səfər edən nümayəndə heyəti Azərbaycanda həyata keçirilən mina təmizləmə əməliyyatlarının gedişi, kadrların hazırlanması ilə yerində tanış olacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl ANAMA-nın direktoru Nazim İsmayılov açıqlamasında İraqın mina təmizləmə sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini, ANAMA-nın bu ölkədə neft mədənləri ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarına dəvət olunduğunu bildirib.//APA

OXŞAR XƏBƏRLƏR