Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Konstruktiv dialoq zamanı tərəflər Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər", - məlumatda bildirilib.











































