Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq

Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq
SİYASƏT
15:43 27.04.2021
463
"Koronavirus pandemiyası yayılma sürəti azaldıqdan sonra Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara başlanacaq və bu hər iki ölkənin iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə regional və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində maraqlı olub: "Hazırda iki ölkənin birbaşa hava əlaqəsi yoxdur. İki ölkə arasında hava əlaqəsi İstanbuldan Bakı üzərindən Lahor-İslamabad istiqamətində Türk Hava Yolları vasitəsi ilə həyata keçirilir”.

"İki ölkə arasında 1993-cü ildə Hava əlaqələri haqqında Saziş (ASA), 2009-cu ilin sentybarın 30-da isə anlaşma memorandumu, 2020-ci ilin yanvar ayında isə milli aviadaşıyıcılar arasında Codeshare Sazişi imzalanıb.

2019-cu ildə 40 mindən çox Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib və davam edən COVID-19 pandemiyası səngiyəndə və beynəlxalq səyahət məhdudiyyətləri götürüldükdən sonra bu rəqəm yəqin ki, artmağa davam edəcək”, - deyə o bildirib.

"COVID-19”un qlobal iqtisadiyyata və iş aktivliyinə mənfi təsir etdiyini bildirən Ə.Əlizadə: "Pandemiya həmçinin Pakistan və Azərbaycan arasında iqtisadi fəaliyyətə də müəyyən qədər təsir edib. Ancaq əminəm ki, koronavirus problemi həll edildikdən sonra qarşılıqlı ticarətimiz artacaq.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistana bu ilki səfəri iki ölkə arasında əlaqələri daha da gücləndirib. İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı olan boşluğu azaltmağa kömək edəcək siyasi səviyyədə strateji tərəfdaşlığa çatıb.

Bundan sonra, hər iki ölkənin iqtisadiyyatları üçün çox faydalı nəticələr verəcək ticarət əlaqələrini inkişaf etdirməyə yönəlmişik.

Azərbaycan hökuməti investorlar üçün əlverişli mühit və iqtisadi siyasət həyata keçirilir.

Azərbaycan hakimiyyəti və xalqı Pakistanın Azərbaycanla bağlı mövqeyini həmişə yüksək qiymətləndirmiş və dəyər verib. Pakistan şirkətlərinin Qarabağda yenidənqurma və bərpa prosesində iştirak etməsindən məmnun olacağıq. Bu sahədə prioritet dost və qardaş ölkələrin şirkətlərinə veriləcək”, - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək