Azərbaycan və Türkiyə birgə peyk istehsal edəcəklər

Azərbaycan və Türkiyə birgə peyk istehsal edəcəklər
Bütün Xəbərlər
14:56 03.12.2014
621

Azərbaycan və Türkiyə peyklərin birgə istehsalını təşkil etmək imkanlarını müzakirə edirlər. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Türkiyənin elm, texnologiyalar və sənaye naziri İşıq Fikri bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar araşdırmaların aparılması gözlənilir: "Zənn edirik ki, bu sahədə yeni layihələri birgə səylərlə reallaşdırmaq mümkün olacaq. Hələlik bu məsələ müzakirə mərhələsindədir".

İ.Fikri ikinci peykin istifadəyə başlaması və ölkənin bu sahədə əldə etdiyi uğurlar münasibətilə Azərbaycanı təbrik edib.

Qeyd edək ki, Azərbaycan 2014-cü ilin iyununda imzalanmış Azərbaycan və Fransanın kosmik sənaye sahəsində strateji əməkdaşlığı çərçivəsində orbitə buraxılan SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyini əldə edib.

"Azersky" adı verilən peyk dekabrın 2-də "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycana təhvil verilib.

Sazişə uyğun olaraq, Fransa şirkətinə məxsus olan "Azersky" və "SPOT 6" peyklərindən daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün birgə istifadə olunacaq. "Azersky" və "SPOT 6" Yer səthinin gün ərzində altı milyon kvadrat metrlik ərazisində çəkiliş apara biləcəklər ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür.

Bundan başqa, Azərbaycanda “Azerkosmos” ASC-yə məxsus "Pléiades 1A" və "Pléiades 1B" peyklərindən Yer səthinni şəklinin çəkməyə imkan verən yerüstü qurğu tikiləcək.

OXŞAR XƏBƏRLƏR