"Azərbaycan və Türkiyə COP29-un nəticələrini enerji keçidinə töhfəyə çevirir"

"Azərbaycan və Türkiyə COP29-un nəticələrini enerji keçidinə töhfəyə çevirir"
İQTİSADİYYAT
15:42 04.09.2025
1310

Bu gün Azərbaycan və Türkiyənin iqlim və enerji sahəsində əməkdaşlığı, 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin Qlobal İqlim Forumunun (COP29) nəticələri ilə birlikdə, hər iki ölkəyə və bütün dünyaya enerji keçidinin sürətləndirilməsinə töhfə verir.

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin yaratdığı riskləri və enerji keçidinin açdığı imkanları nəzərə alaraq, iqlim və enerji sahəsində tərəfdaşlığı genişləndirir:

"Türkiyə son illərdə iqlim siyasəti sahəsində mühüm addımlar atıb. Qəbul olunmuş iqlim qanunu ölkənin uzunmüddətli karbon neytrallığı hədəfinə fundamental əsas yaradıb. Bu qanun Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə iradəsini və qətiyyətini göstərən tarixi qərardır. Türkiyənin müəyyən etdiyi milli iqlim hədəfləri də onun qlobal proseslərdə məsuliyyətli tərəfdaş olduğunu sübut edir. Emissiyaların azaldılması, təmiz enerji mənbələrinin genişləndirilməsi və "yaşıl investisiyaların" təşviqi istiqamətində atılan addımlar ölkənin dekarbonizasiya yolunu aydın şəkildə ortaya qoyub. Hər iki ölkə enerji keçidinin yaratdığı imkanların fərqindədir və hər zaman qlobal enerji sistemində məsuliyyətli tərəfdaş qismində çıxış edib".

M.Babayev əlavə edib ki, hazırda Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində əhəmiyyətli layihələr həyata keçirir:

"Hər iki ölkə bu layihələri sürətləndirdikcə əməkdaşlığımız həlledici əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan arasında imzalanmış yeni elektrik ötürücü xətti üzrə anlaşma memorandumu Avropanın enerji təhlükəsizliyi və regionumuzun rifahı baxımından tarixi əhəmiyyət kəsb edir. Bu Forum isə mövcud razılaşmalar üzərində yeni əməkdaşlıq imkanlarının tapılması və hər iki ölkə üçün perspektivlərin genişləndirilməsi baxımından xüsusi önəm daşıyır".

O qeyd edib ki, COP29-da qəbul edilən qərar və öhdəliklər hər iki ölkəyə və dünyaya iddialı enerji planlarını reallaşdırmaqda dəstək olacaq:

"Xatırlatmaq istərdim ki, COP28-də Dubayda ölkələr ədalətli və nizamlı enerji keçidi çağırışı ətrafında bir araya gələrək, mövcud enerji sisteminin dekarbonizasiyası və gələcəyin təmiz enerji sisteminin qurulması üçün iddialı hədəflər müəyyən ediblər. Bu hədəflərə 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılaraq 11 000 giqavata çatdırılması, həmçinin enerji səmərəliliyinin illik qlobal artım tempinin 2 %-dən 4 %-dən yuxarı səviyyəyə yüksəldilməsi daxildir. COP29-da Bakıda isə bu öhdəliklərin reallığa çevrilməsi üçün növbəti məntiqi addımlar atmaqda qətiyyət nümayiş etdirdik". /// Report

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib