Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirildi - FOTOLAR

Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirildi - FOTOLAR
GƏNCLİK
13:33 17.06.2021
1486
16 iyun tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin "Zəfər Forumu” keçirilmişdir. 

Türkiyə və Azərbaycan Prezidentlərinin tarixi Şuşa səfərindən sonra Forum şanlı Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunmuşdur. 

Forum zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu, Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, bir sıra aparıcı gənclər təşkilatlarının rəhbərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən və post-münaqişə dövründə əməkdaşlıq imkanlarından danışdılar. Ulu Öndər Heydər Əliyevin "bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin gənclər sahəsində də müxtəlif layihə və proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndirdilər. 

Tarixin çətin anlarında Azərbaycan və Türkiyənin biri-birilərinin yanında olduqlarını vurğulayan çıxışçılar, xalqımızın Vətən müharibəsindəki qələbəsinin həm Azərbaycan, həm də Türkiyə gəncləri arasında böyük bir milli coşqu ilə qarşılandığı qeyd edildi. 

Forumda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə iki ölkənin dövlət başçılarına təşəkkür edilmiş, Azərbaycan-Türkiyə gəncləri tərəfindən qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunmuşdur. 

Ötən gün iki dövlət başçısının Şuşa şəhərində görüşünə və ölkələrimiz arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasına toxunan natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulamışlar. Onlar bəyannamədə də qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsi, əməkdaşlıq potensialının birləşdirilməsi naminə bütün səylərini səfərbər edəcəklərini bəyan etmişlər.

Həmçinin, Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gəncləri bundan sonra da birgə və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərəcəklər.  

Foruma Eskişəhər və Gəncə şəhərlərindən onlayn olaraq qoşulan fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin və Nizami Gəncəvinin əsərləri, eləcə də əməkdar artist  Zaur Əmiraslanovun  "Çırpınırdı Qaradəniz” ifası Forum iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

1000-ə yaxın iştirakçı ilə hibrid şəkildə təşkil edilən Forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilər "Qarabağ zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də Türkiyənin 81 vilayətində yerləşən TÜGVA-nın nümayəndələri tədbirə canlı və onlayn şəkildə qatılmışlar.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?
22:05 09.10.2026
Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub
21:56 09.10.2026
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - Foto
21:47 09.10.2026
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - Foto
Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
21:39 09.10.2026
Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
21:32 09.10.2026
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
21:27 09.10.2026
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib
21:21 09.10.2026
"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib
Ağciyər xərçənginə işarə edə biləcək öskürək - əlaməti budur
21:13 09.10.2026
Ağciyər xərçənginə işarə edə biləcək öskürək - əlaməti budur
Zelenski Kliçkonu Kiyevdə "dayanıqlılıq planları"nın uğursuzluğunda ittiham etdi
21:04 09.10.2026
Zelenski Kliçkonu Kiyevdə "dayanıqlılıq planları"nın uğursuzluğunda ittiham etdi
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
20:59 09.10.2026
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib