Azərbaycan və Türkiyə gəncliyi erməni yalanlarına qarşı birgə mübarizə aparacaq

GƏNCLİK
19:10 28.04.2021
1953
ABŞ-ın qondarma soyqırım yalanlarına qarşı Türkiyə-Azərbaycan gəncləri arasında onlayn konfrans keçirilib. Türkiyənin Öncü Gənclik Birliyi və Azərbaycanın "İslahatçı Gənclər” İctimai Birliyinin ortaq təşkilatçılığı ilə baş tutan konfransda hər iki ölkəni təmsil edən nüfuzlu gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən Türkiyənin Vətən Partiyasının sədri erməni soyqırımı yalanının Birinci Dünya Müharibəsi dövründə İngiltərənin müharibə təbliğatı kimi ortaya çıxdığını qeyd edib: "Erməni soyqırımı yalanı tamamilə siyasi və imperialist bir şüar idi. Ancaq onlar hüquqi olaraq bunu sübut edə bilmədilər. "Erməni soyqırımı” ifadəsi imperialist bir yalandır, soyqırım deyil, vətənin müdafiəsidir. "Soyqırım” hüquqi bir anlayışdır və cinayətdir. Bu qərarı yalnız məhkəmələr verə bilər. Avropa İnsan Haqları Məhkəməsində "Perinçek – İsveçrəyə qarşı” və "Ali Mercan İsveçrəyə qarşı” məhkəmə proseslərində "erməni soyqırımı”nın bir yalan olduğu hüquqi olaraq sübut olunub”.
 
Çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələrindən danışarkən "soyqırım” terminindən istifadə etməsinin hüquq və tarixlə heç bir bağlılığı yoxdur: "ABŞ illərdir soyqırım faktından Türkiyəyə qarşı siyasi şantaj vasitəsi kimi istifadə edirdi. Türkiyə bundan heç bir şey itirməyəcək.

Azərbaycan başda Cənab Prezident İlham Əliyev olmaqla, dövlət və xalq olaraq, erməni soyqırımı yalanına sərt reaksiya verərək, Türkiyəylə həmrəylik nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycan və Türkiyə gəncliyi də erməni yalanlarına qarşı mübarizədə birgə çalışmalıdır”.

Daha sonra çıxış edən Türkiyənin Öncü Gənclik Birliyinin sədri Ferdi Tanhan bildirib ki, Türkiyəni müdafiə etmək Azərbaycanı müdafiə etmək deməkdir. "Bir millət, iki dövlət” anlayışı bizim üçün çox dəyərlidir. Erməni soyqırımı yalanı hər iki dövləti hədəf alır. Baydenin qondarma soyqırım bəyanatına qarşı Azərbaycan və Türkiyə gəncliyi birgə hərəkət etməlidir”.

Konfransda daha sonra Azərbaycan və Türkiyədən tanınmış gənclər təşkilatlarının sədrləri, ekspertlər çıxış edərək, birgə fəaliyyətin həyata keçirilməsi üçün təkliflər verib, həmrəylik nümayiş etdiriblər.
 
 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb