Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq müzakirə edildi - FOTO
GƏNCLİK
20:36 25.04.2023
8130
Azərbaycanın "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət ediblər. 

AZXEBER.COM xəbər verir ki, bu barədə F. Şahbazlı özünün "Facebook” hesabında məlumat verib. 

Məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib:  

"Daşkənddəyik. Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət etdik. Görüşdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivlərini müzakirə etdik. Özbək həmkarlarımıza Azərbaycanda həyata keçirilən media islahatları haqqında məlumat verdik və Bakıya səfərə dəvət etdik”. 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR