Azərbaycan vətəndaş cəmiyyəti ÜAK-ın ləğvinin münasibətlərə mənfi təsir göstərəcəyini bildirir

Azərbaycan vətəndaş cəmiyyəti ÜAK-ın ləğvinin münasibətlərə mənfi təsir göstərəcəyini bildirir
SİYASƏT
11:20 13.05.2017
1044

 

 
"Bu gün Rusiya-Azərbaycan münasibətləri həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. İndi belə bir məqamda bu münasibətlərə xələl gətirmək üçün gündəmə arzuolunmaz mövzuları kim atır, maraqlıdır”.
 
Bunu APA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub: "Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. O cümlədən, Ümumrusiya Azərbaycanlıları Konqresi ölkənin ictimai-siyasi həyatında ən aktiv rol oynayan təşkilatlardan olub. Ümumiyyətlə, azərbaycanlılar Rusiyanın həyatında aktiv rol oynayır.  İndi yəqin ki, iki ölkə arasında münasibətlərin inkişafını istəməyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini ortaya atıblar". .
 
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hazırda Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söyləyib. O qeyd edib ki, azərbaycanlıların Moskvadan gözləntisi Qarabağ məsələsinin tezliklə həllidir: "Bu gözləntilərin əksinə olaraq Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi cəhdləri Ermənistana hərbi yardımın artırılması fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salır. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər  Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin ruhuna nəinki uyğun deyil, əksinə, ziddir. Mən əminəm ki, sonda məhkəmə prezident Vladimir Putinin strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanın maraqlarına zidd qərar verməyəcək. Əgər verilərsə, o zaman vətəndaş cəmiyyəti olaraq, biz də lazımı çağırışlar edib, addımlar atacağıq. Mən istisna etmirəm ki, ÜAK-ın sənələrində hansısa hüquqi çatışmazlıqlar var. Hər bir təşkilatın sənədlərində çatışmazlıqlar axtarsaq, tapmaq olar. Bizdə də rus icması, Rusiya Mədəniyyət Mərkəzi var və biz onlara ən yüksək şəraiti yaratmışıq. Əminəm ki, məhkəmə bütün bunları nəzərə alıb, sonda ədalətli qərar qəbul edəcək. Əks halda, ÜAK-ın ləğvi Azərbaycan tərəfindən simmetrik addımların atılmasına gətirib çıxaracaq”.

 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda moped divara çırpıldı: Ölən var
09:25 16.03.2026
Bakıda moped divara çırpıldı: Ölən var
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
09:20 16.03.2026
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"