Qərar qəbul edilib.
Monteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.