Azərbaycan vətəndaşlarının gəliri artdı

Azərbaycan vətəndaşlarının gəliri artdı
Bütün Xəbərlər
17:41 16.04.2013
992
Bu ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 836,4 manat və ya ayda 278,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,3 faiz bəndi üstələyərək 4,5 faiz olub.Gəlirlərin 70,8 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
OXŞAR XƏBƏRLƏR