Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
O xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.