Azərbaycan xalq artisti dəm qazından zəhərləndi

Azərbaycan xalq artisti dəm qazından zəhərləndi
Bütün Xəbərlər
13:06 30.11.2012
2228
Xalq artisti Rafiq Əzimov ("Yeddi oğul istərəm"də Şahsuvar) dəm qazından zəhərlənib.
Bu barədə APA-ya aktyorun özü məlumat verib.
 
Aktyor bildirib ki, hadisə bu gün səhər hamamda yuyunarkən baş verib: “Duzdu, huşumu itirmədim, amma halım pisləşdi. Dərhal yoldaşım, oğlanlarım, qonşular köməyə gəldilər, həkim çağırdılar”.
 
Aktyor hazırda Mərkəzi Gömrük Hospitalında müalicə aldığını deyib: “Zəhərlənmənin nə dərəcədə olduğunu yoxlamaq üçün analiz götürüblər. Vəziyyətim yaxşıdır. Bütün tamaşaçılarıma salam deyirəm. İnşallah qısa zamanda sağalıb ayağa qalxacağam”.
 
OXŞAR XƏBƏRLƏR