Hacımurad Yeqizarovun səhhəti pisləşib.
Ötən istirahət günlərində "Yeddi gözəl" tamaşasının premyerasından sonra "Şöhrət" ordenli xalq artisti Hacımurad Yeqizarovun səhhəti kəskin pisləşib. AZXEBER.COM-un day.Az saytına istinadən xəbər verir ki, 72 yaşlı aktyorun ürəktutması olub. Çətinliklə evə çatdırılan H.Yeqizarov üçün təcili yardım çağırılıb. Aktyor xəstəxanaya aparılıb. Hazırda o, xəstəxanadadır.