Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana gedib

Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana gedib
SİYASƏT
10:40 13.09.2013
1356

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ermənistana gedib.

Səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir. 

Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

OXŞAR XƏBƏRLƏR