Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi

Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi
SİYASƏT
16:40 09.02.2023
423
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.

Bunu AZXEBER.COM-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR