Azərbaycan XİN başçısı: “Ermənistan təxribata və diversiyaya əl atır”

Azərbaycan XİN başçısı: “Ermənistan təxribata və diversiyaya əl atır”
SİYASƏT
13:54 28.07.2020
1433
"Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü davam edir, təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və ya məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir”.

Xarici İşlər Nazirliyindən (XİN) AZXEBER.COM-a verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxışı zamanı deyib.

XİN başçısı bildirib ki, bununla belə, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğalına və təcavüzünə son qoyulmasını tələb edən sənədlərinə məhəl qoymamaqda davam edir.

"Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün səfərbər olduğu bir vaxtda, Ermənistan gərginliyi artırmaq üçün təxribata və diversiyaya əl atır. 12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan arasında dövlət sərhədi boyunca Tovuz rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan istifadə edərək atəşə tutub. Bu hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir general-mayoru daxil olmaqla 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.

Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik, sülh danışıqlarını pozmaq və Azərbaycana qarşı işğal və təcavüzü davam etdirmək məqsədi daşıyır. Bununla, Ermənistan rəhbərliyi səriştəsiz fəaliyyəti nəticəsində və COVID-19 pandemiyasının Ermənistanda yayılması ilə əlaqədar daha da pisləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməklə diqqəti ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Təxribatla bağlı beynəlxalq reaksiya da həddən artıq çox olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yaydılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul etdi. Qardaş Türkiyəyə bu ehtiyac vaxtında qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə dərin təşəkkürümüzü bildirmək istərdik”, - deyə nazir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib