Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"

SİYASƏT
23:35 16.09.2021
1130
Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazıb.

"Önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.

OXŞAR XƏBƏRLƏR