Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı

Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
DÜNYA
20:50 09.10.2026
115
Kubalı bir kişi şalvarında 10 canlı quş gizlədərək ABŞ-yə uçub və hava limanı əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Daily Star” məlumat yayıb.

Hadisə Florida hava limanında baş verib. Gömrük əməkdaşları sərnişini "yaşıl dəhliz”dən keçərkən saxlayıblar. Onlar kişinin şalvarında qeyri-adi bir qabarıqlıq görüb və ondan soyunmasını tələb ediblər.

Məlum olub ki, həmin şəxs alt paltarına altı ədəd plastik boru bərkidib və onların içərisində nadir quşları saxlayıb.

O, həbs edilib və ona qaçaqmalçılıq ittihamı irəli sürülüb.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR