Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
SİYASƏT
12:12 24.10.2026
230
Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in "X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları pisləyir.

Nazirlik İordaniya ilə həmrəyliyini ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
OXŞAR XƏBƏRLƏR