Azərbaycan XİN Lion məhkəməsinin qərarını alqışlayır

Azərbaycan XİN Lion məhkəməsinin qərarını alqışlayır
SİYASƏT
15:42 27.09.2019
11318
Xarici İşlər Nazirliyi Fransa Respublikasının Lion/Lyon/ inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö/Decines-Charpieu şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen/Saint-Etienne/ şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni "saziş"lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır.

Bu barədə XİN-dən AZXEBER.COM-a daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur: "Xatırladırıq ki, sözügedən qeyri-qanuni "sənədlər" Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, "Ərazi Vahidləri Ümumi Məcəlləsi"nin maddələri və 24 may 2018-ci il tarixində Daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb.

Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan 9 qanunsuz "müqavilə" Fransa Respublikasının müvafiq Məhkəmə qərarları ilə ləğv olunub.

Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni "sənədlərin" də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq