Azərbaycan XİN Rusiyada həyata keçirilən terror aktlarını pisləyən bəyanat yayıb

SİYASƏT
14:11 30.12.2013
1023

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını pisləyən bəyanat yayıb.

AZXEBER.COM-un məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir.“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir”- deyə, bəyanatda qeyd olunur.

Qeyd edək ki, son iki gündə Volqoqrad şəhərində çoxlu sayda insan tələfatı ilə nəticələnən iki terror aktı törədilib.Dünən Volqoqrad şəhərindəki dəmiryol vağzalında partlayıcı vasitənin işə düşməsi nəticəsində güclü partlayış verib.Qadın kamikadze tərəfindən törədilən partlayış nəticəsində 17 nəfər dünyasını dəyişib.Bu gün isə daha bir terror aktı trolleybusda törədilib. Belə ki, trolleybusun partladılması nəticəsində 15 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

OXŞAR XƏBƏRLƏR